Birxeber.az / Naxçıvanda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Naxçıvanda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

21-01-2024, 15:50

Naxçıvanda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb. Dəm qazından Naxçıvan şəhər sakinləri, 1986-cı il təvəllüdlü Cəfərova Sevinc Yaqub qızı, 2005-ci il təvəllüdlü Qasımova Rəna Tural qızı və Qasımov Hüseyn Tural oğlu zəhərlənib.

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlkin tibbi yardım göstərilən zərərçəkənlərin vəziyyətləri normaldır. Verilən məlumata görə, onlar bu gün evə buraxılacaq.

Geri qayıt