Birxeber.az / Çindən göndərilən növbəti blok qatar Bakı Limanına çatıb

Çindən göndərilən növbəti blok qatar Bakı Limanına çatıb

1-02-2024, 15:40

Çinin Sian şəhərindən yola çıxan 55 ədəd 40 futluq konteynerdən ibarət olan blok qatarı Qazaxıstanın Aktau limanından “Sunkar” fider gəmisi (konteynerdaşıyan) vasitəsi ilə Bakı Limanına çatdırılıb.

Bu barədə "Birxeber.Az"a “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib.

Məlumata görə, hazırda bu yüklərin Bakı Limanında operativ formada boşaldılaraq vaqonlara yüklənməsi əməliyyatı icra edilir və prosesin yaxın saatlarda yekunlaşdırılması nəzərdə tutulur.

"Azərbaycandan tranzit keçidi nəzərdə tutulan bu blok qatarda minik avtomobilləri, ağır tonnajlı texnikaların hissələri və digər qeyri-qida məhsulları daşınır. Yüklər Gürcüstanın Poti limanına çatdırılacaq",- deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, bu il ərzində Çinin təkcə Sian stansiyasından göndəriləcək 100 blok qatarın Bakı Limanından keçərək son təyinat nöqtəsinə göndərilməsi nəzərdə tutulub.

Geri qayıt