Birxeber.az / Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışı keçəcək

Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışı keçəcək

1-02-2024, 15:40

Amputant futbolçulardan ibarət Azərbaycan millisi Türkiyədə təlim-məşq toplanışı keçəcək.

Bu barədə “Report”a yığmanın rəhbəri Elnur Sadıqov məlumat verib.

O bildirib ki, komanda Avropa çempionatına hazırlıq üçün martda qardaş ölkəyə yollanacaq: “Türkiyədə təxminən 15-20 günlük təlim-məşq toplanışı olacaq. Bu, Avropa çempionatına hazırlıq xarakteri daşıyacaq. Orada yerli komandalardan biri ilə birgə toplanış keçmək, onların təcrübələrindən faydalanmaq istəyirik. Hazırlıq Türkiyə tərəfinin təklif edəcəyi şəhərdə olacaq. İstanbula getmək ehtimalımız daha yüksəkdir”.

Qeyd edək ki, Azərbaycan amputant millisinin də iştirak edəcəyi Avropa çempionatı iyunun 1-8-i aralığında Fransada keçiriləcək.

Geri qayıt