Birxeber.az / Kreml Ermənistanın BCM-yə üzv olmasına münasibət bildirib

Kreml Ermənistanın BCM-yə üzv olmasına münasibət bildirib

1-02-2024, 14:50

Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə üzv olmasının ikitərəfli münasibətlərə de-yure və de-fakto mənfi təsir göstərməməsi Rusiya üçün vacibdir, Moskva bunu qiymətləndirir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə daxil olması onun suveren işidir. Rusiya üçün vacib olanı bunun Moskva-İrəvan münasibətlərinə mənfi təsir etməməsidir”, - Kremlin rəsmi nümayəndəsi vurğulayıb.

Geri qayıt