Birxeber.az / Bosfor boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə bağlanıb

Bosfor boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə bağlanıb

21-01-2024, 15:40

Bosfor boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə bağlanıb.

“Birxeber.Az” xəbər verir ki, buna səbəb Liberiya bayrağı altında üzən “Peria” neft tankerində yaranan nasazlıqdır.

Türkiyə Sahil Mühafizəsi tanker təhlükəsiz yerə çəkilənə qədər boğazdan keçən nəqliyyatın hər iki istiqamətdə dayandırıldığını bildirib.

250 metrlik tanker şimal-cənub istiqamətində hərəkət zolağının mərkəzi hissəsində yerləşir. Onun yaxınlığında iki yedək gəmisi və bir sahil mühafizə gəmisi işləyir. O, İstanbul vilayətinin Qara dəniz limanından İzmirin Əliağa limanına gedirmiş.

Geri qayıt