Birxeber.az / Gürcüstanın müdafiə naziri yeni hökumətdə yer almayacaq

Gürcüstanın müdafiə naziri yeni hökumətdə yer almayacaq

1-02-2024, 14:50

Gürcüstanın hazırkı müdafiə naziri Cuanşer Burçuladze yeni hökumətin tərkibində yer almayacaq.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasının Baş nazir namizədi İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, Nazirlər Kabinetində ediləcək yeganə dəyişiklik müdafiə naziri ilə bağlı olacaq. Belə ki, nazir Cuanşer Burçuladzeni İrakli Çikovani əvəz edəcək.

Kobaxidze bildirib ki, bu dəyişikliyi Burçuladze özü istəyib.

O, hökumətin hər bir üzvünə qalmağı təklif etdiyini, lakin Burçuladzenin siyasətdən gedərək başqa sahəyə yönəlmək istədiyini bildirib.

Geri qayıt