Birxeber.az / "Turan Tovuz" futbolçusunu komandadan uzaqlaşdırıb

"Turan Tovuz" futbolçusunu komandadan uzaqlaşdırıb

1-02-2024, 14:40

"Turan Tovuz"un futbolçusu Budaq Nəsirov komandadan uzaqlaşdırılıb.

"Birxeber.Az"un əldə etdiyi məlumata görə, məşqçilər korpusu 27 yaşlı yarımmüdafiəçinin əsas kollektivdən kənarda qalmasını qərara alıb.

Buna səbəb oyunçunun əvəzedicilərin çempionatında, "Səbail-2" ilə matçda komanda yoldaşını vurması olub. Onun klubla müqaviləsinə xitam verilməsi də istisna deyil.

Qeyd edək ki, AFFA İntizam Komitəsi təcavüzkar davranışa görə Budaq Nəsirova 4 oyunluq cəza verib.

Geri qayıt