Birxeber.az / "Neftçi" "Sabah"la oyundan əvvəl daha iki itki ilə üzləşib

"Neftçi" "Sabah"la oyundan əvvəl daha iki itki ilə üzləşib

21-01-2024, 15:40

"Neftçi"nin daha iki futbolçusu bu gün "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XIX tur oyununu buraxacaq.

"Ağ-qaralar"ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qarşılaşmadan əvvəl məşq prosesində Azər Əliyevlə Kilan Lebon əzələsini dartıblar.

Paytaxt təmsilçisi daha əvvəl qapıçı Emil Balayev, yarımmüdafiəçilər Qara Qarayev və Reziuan Mirzovun görüşdən əvvəl məşqə qatılmadığını açıqlayıb.

Qeyd edək ki, "Sabah" - "Neftçi" matçı saat 16:00-da başlanacaq.

Geri qayıt