Birxeber.az / Gürcüstanın Baş naziri postuna İrakli Kobaxidzenin namizədliyi irəli sürülüb

Gürcüstanın Baş naziri postuna İrakli Kobaxidzenin namizədliyi irəli sürülüb

1-02-2024, 14:40

Gürcüstanın Baş naziri postuna İrakli Kobaxidzenin namizədliyi irəli sürülüb.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.

Qeyd edək ki, İrakli Georgiyeviç Kobaxidze 1978-ci il sentyabrın 25-də Tbilisidə anadan olub. 2016-cı il noyabrın 18-dən 2019-cu il iyunun 21-dək Gürcüstan parlamentinə sədrlik edib.

Gürcüstanda keçirilən anti-Rusiya aksiyalarına görə 2019-cu il iyunun 21-də Bakıya səfəri yarımçıq qalıb. 2021-ci ilin əvvəlində Bidzina İvanişvili siyasətdən getdiyini elan edəndən sonra o, "Gürcü-arzusu-Demokratik Gürcüstan" Partiyasının sədri seçilib.

Geri qayıt