Birxeber.az / Azad olunan ərazilərdə ötən ay daha 163 mina, 203 PHS aşkar edilib

Azad olunan ərazilərdə ötən ay daha 163 mina, 203 PHS aşkar edilib

1-02-2024, 13:50

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat açıqlanıb.

ANAMA-dan Birxeber.Az-ya verilən xəbərə görə, yanvar ayı ərzində Tərtər, Ağdərə, Ağdam, Laçın, Füzuli, Şuşa, Kəlbəcər, Qubadlı, Xocalı, Xankəndi, Xocavənd, Cəbrayıl və Zəngilanda 123 piyada əleyhinə mina, 40 tank əleyhinə mina, 203 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki,734,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Geri qayıt