01 fevral 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
“Birxeber.Az-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hərracda tələb 78.7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Qeyd edək ki, bu göstərici ötən hərracdan 22.6% çoxdur. Belə ki, 30 yanvarda keçirilən valyuta hərracında banklar 64.2 milyon dollar alış həyata keçirib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.