Birxeber.az / Donetskdə bazara hücum nəticəsində ölənlərin sayı 18-ə çatıb - YENİLƏNİB

Donetskdə bazara hücum nəticəsində ölənlərin sayı 18-ə çatıb - YENİLƏNİB

21-01-2024, 14:50

Donetskin Kirovski rayonunun Ukrayna hərbçiləri tərəfindən atəşə tutulması nəticəsində ölənlərin sayı 18-ə çatıb.

APA RİA Novosti-nin telegram kanalına istinadən xəbər verir ki, bunu şəhər meri bildirib.

***

13:19

Donetskin Tekstilşçik mikrorayonunda bazarın Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində azı 13 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Donetsk separatçılarının lideri Denis Puşilin Telegram kanalında bildirib.

"Donetsk Tekstilşik mikrorayonunda bazarın atəşə tutulması nəticəsində ilkin məlumatlara görə, azı 13 nəfər ölüb, 10 nəfər yaralanıb. Bazar ən çox izdihamlı olduğu bazar günü hücuma məruz qalıb", - Puşilin yazıb.

Geri qayıt