Birxeber.az / Siyavuş Novruzov: Azad edilmiş ərazilərimizdə də bələdiyyələr formalaşdıracağıq

Siyavuş Novruzov: Azad edilmiş ərazilərimizdə də bələdiyyələr formalaşdıracağıq

1-02-2024, 12:50

Milli Məclisinin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planı hərtərəfli şəkildə hazırlanıb.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, ölkəmizdə bu il bələdiyyə seçkiləri keçiriləcək: “Seçki Məcəlləsində bələdiyyə seçkiləri ilə bağlı müəyyən məsələlər sadələşdirilməlidir. Birinci növbədə bələdiyyələrin sayları hədindən artıq çoxdur, azaldılmalıdır. Türkiyə kimi dövlətdə təxminən 800 bələdiyyə var, bizdə 1600. Türkiyədə və Avropada bir şəhərə bir nəfər bələdiyyə seçirlər, o, işiylə məşğul olur. Bələdiyyə sədrlərinin də xalq tərəfindən seçilməsinin Məcəllədə əksini tapmasını istəyirik. Digər məsələ odur ki, namizəd olmaq üçün tələb olunan sənədlər çoxdur. Prezidentliyə namizədlə bələdiyyə üzvünə namizədlər təxminən eyni sənədlər təqdim etməli olur. Bu cür sənədlərin yığılması çətinlik yaradır. Ciddi şəkildə Seçki Məcəlləsinə baxılmalıdır. Növbəti seçkilərdə azad edilmiş ərazilərimizdə də biz bələdiyyələri formalaşdıracağıq. Orada da nümunəvi bələdiyyələrin formalaşdırılması üçün əsaslar yaranmalıdır.

Geri qayıt