Birxeber.az / Hesablama Palatasının builki Əməliyyat Planı təsdiq edilib

Hesablama Palatasının builki Əməliyyat Planı təsdiq edilib

1-02-2024, 12:40

Hesablama Palatasının strateji planının 2024-cü il üzrə Əməliyyat Planı, Monitorinq Çərçivəsi və Risk Reyestrinin layihələri təsdiq edilib.

Bu barədə "Birxeber.Az"a Palatadan bildirilib.

Belə ki, qurumda sədr Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib. İclasda Palatanın strateji planının 2023-cü il üzrə Əməliyyat Planının və Monitorinq Çərçivəsinin icra vəziyyəti barədə, habelə keyfiyyətə nəzarətlə bağlı illik hesabat təqdim edilib. Əməliyyat planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinə təsir edən əsas risklər səsləndirilib. Hesablama Palatasının Kollegiyası həmin məsələlərin fəaliyyət haqqında Hesabata daxil edilməsinə qərar verib.

İclasda sözügedən sənədlərdə nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətli icrası məqsədilə zəruri işlərin görülməsi, əhəmiyyətli hesab olunan risklərin prioritetləşdirilməsi və mütəmadi izlənilməsi, məsul subyektlərin yarımillik və illik əsasda hesabatlılığının təmin edilməsi ilə bağlı tapşırıqlar verilib. Həmçinin gündəlikdə dayanan cari məsələlərə baxılıb.

Geri qayıt