Birxeber.az / Saatı 37 min, geyimi 24 min olan AZƏRBAYCANLI MƏŞHURLAR - VİDEO

Saatı 37 min, geyimi 24 min olan AZƏRBAYCANLI MƏŞHURLAR - VİDEO

13-06-2022, 12:35

Azərbaycanlı məşhurlar bu dəfə bahalı və qalmur libasları ilə diqqət mərkəzində olublar.

Birxeber xəbər verir ki, paytaxt restoranlarından birində təşki edilən məclisə qatılan tanınmışlar sərvət dəyərindəki geyimləri və aksessuarları ilə hər kəsi təəccübləndiriblər. 

Onlar arasında aparıcı Afaq Gəncəli, aktrisalar Pərvin Abıyeva, Çimnaz Sultanova, müğənnilər Lətifə Soyuöz, Aysun İsmayılova və Türkan Vəlizadə olublar. 

"MTV maqazin"in məşhurlar arasında apardığı sorğuya əsasən, ən bahalı geyim və zinət əşyaları müğənni Lətifə Soyuözdə olub. Onun saatı 37 min  AZN, qolbaqları 35 min 700 AZN dəyərindədir. Soyuöz əllərindəki qızık üzüklərin atasının, anasının, nənəsinin və babasının nişan üzükləri olduğunu deyib. Sənətçinin ən bahalı libası isə 24 min AZN-dir.

Birxeber
Geri qayıt