Birxeber.az / Bakı Təşəbbüs Qrupu Korsikada müstəqillik hərəkatı fəallarının saxlanılmasını pisləyib

Bakı Təşəbbüs Qrupu Korsikada müstəqillik hərəkatı fəallarının saxlanılmasını pisləyib

1-02-2024, 12:40

Bakı Təşəbbüs Qrupu "Nazione" hərəkatının Baş Təsis Yığıncağının uğurla keçirilməsindən sonra Fransa polisi tərəfindən hərəkatın müstəqillik tərəfdarı olan fəallarının və onların ailə üzvlərinin qeyri-qanuni saxlanılmasını qətiyyətlə pisləyir.

"Birxeber.Az" xəbər verir ki, bu barədə təşkilatın bəyanatında bildirilib.

Qeyd olunub ki, Korsikada 700-ə yaxın insan yanvarın 28-də müstəqillik tərəfdarı olan strukturları və fəalları birləşdirən və müstəmləkə hökmranlığına qarşı mübarizəyə hazırkı və gələcək sadiqliyini təsdiqləyən yeni bir "Nazione" hərəkatını təsis edib:

"Korsikalılar azad şəkildə istəklərini ifadə etdikdən 2 gün sonra, yanvarın 30-da "Nazione"-nin iki fəalı Borgu hərbi düşərgəsində nəzarət altına alınmışdır. Onların ailə üzvləri və digər bir fəalı günortadan sonra Bastia polis bölməsinə çağırılmışdır.

Fəalları tutmaq üçün Fransanın axtarış və əməliyyat qrupu tərəfindən seçilmiş metodlar: sındırılmış qapılar, dağıdılmış evlər, yerə atılan və bunun yarada biləcəyi xəsarət riski ilə övladlarının gözü qarşısında saxlanılan valideynlər özünü insan hüquqlarının vətəni kimi təqdim edən bir ölkə üçün biabırçılıqdır. Polisin qanunsuz təqibləri davam edir və Korsika xalqını qorxutmaq məqsədi daşıyır. Beləliklə,

- Biz Fransa hüquq-mühafizə orqanlarının qeyri-qanuni hərəkətlərini qətiyyətlə pisləyirik;

- Biz Fransa hakimiyyətini ədalət və insan hüquqları prinsiplərinə hörmət etməyə və gələcəkdə bu cür tədbirlərin təkrarlanmamasını təmin etməyə çağırırıq. Korsika xalqının sərbəst toplaşmaq azadlığı və istəklərini sərbəst şəkildə ifadə etmək hüququ Fransa hökuməti tərəfindən təmin edilməlidir;

- Fransa hökumətini müstəmləkə xalqlarına təzyiq göstərməkdən çəkinməyə çağırırıq ;

- Bütün saxlanılanların dərhal sərbəst buraxılmasını tələb edirik ;

- Digər qeyri-hökumət təşkilatlarını və siyasi hərəkatları bu bəyanata qoşulmağa və "Nazione" hərəkatına dəstək verməyə dəvət edirik".

View this post on Instagram

A post shared by Baku Initiative Group (@bakuinitiativegroup)

Geri qayıt