Birxeber.az / İrəvanda Leninqrad uşaqlarının xatirəsinə ucaldılan abidəni təhqir edən şəxsə ittiham irəli sürülüb

İrəvanda Leninqrad uşaqlarının xatirəsinə ucaldılan abidəni təhqir edən şəxsə ittiham irəli sürülüb

1-02-2024, 12:40

Ermənistan İstintaq Komitəsi İrəvanda blokadada olmuş Leninqrad uşaqlarının xatirəsinə ucaldılan abidəni təhqir edən Samvel Şirinyana qarşı ittiham irəli sürüb.

"Report" xəbər verir ki, bu barədə "Sputnik-Armenia"ya qurumun mətbuat katibi Qor Abramyan məlumat verib.

Qeyd edilib ki, rusofobik aksiyanı təşkil edən və videonu sosial şəbəkələrdə yerləşdirən Şirinyan düşmənçilik və nifrət, ayrı-seçkilik, dözümsüzlük və ya düşmənçiliyi qızışdırmaq, onu təbliğ etməkdə ittiham olunur.

Xatırladaq ki, yanvarın 29-da sosial şəbəkələrdə özünü S.Şirinyan kimi təqdim edən İrəvan sakini həmin abidənin önündəki çələngləri dağıdıb, Rusiya bayrağının rənglərinə uyğun lenti tapdalayıb və bu hərəkətlərini videoya çəkərək yayıb.

Geri qayıt