Birxeber.az / Sumqayıtda içində 28 800 manat və qızıl olan seyf oğurlanıb

Sumqayıtda içində 28 800 manat və qızıl olan seyf oğurlanıb

1-02-2024, 11:50

Sumqayıtda içində 28 800 manat pul və qızıl olan seyf oğurlanıb.

Birxeber.Az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə yanvarın 25-nə keçən gecə şəhər ərazisində 28 800 manat pul və qızıl-üzük olan seyfi oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş İmdad Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Geri qayıt