Birxeber.az / FHN: Ötən sutka 21 yanğına çıxış olub, 8 nəfər xilas edilib - VİDEO

FHN: Ötən sutka 21 yanğına çıxış olub, 8 nəfər xilas edilib - VİDEO

1-02-2024, 11:50

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

APA xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 21 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 8 nəfər, o cümlədən yanğın zamanı 2-si azyaşlı olmaqla 3 nəfər xilas edilib.

Geri qayıt