Birxeber.az / Milli Məclisin sədri Avropa ölkələrinin parlamentlərinə çağırış edib

Milli Məclisin sədri Avropa ölkələrinin parlamentlərinə çağırış edib

1-02-2024, 11:40

Bu gün Bakı dünya ictimaiyyətindən, o cümlədən Avropa ölkələrinin parlamentlərindən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması təşəbbüslərinə dəstək gözləyir.

"Report"un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin yaz sessiyasının fevralın 1-də keçirilən ilk plenar iclasında deyib.

O bildirib ki, lakin bir çox ölkələr və beynəlxalq təşkilatlar tamamilə əks mövqedən çıxış edir: "Ermənistanın sürətlə silahlandırılması, parlamentlər və beynəlxalq qurumlar çərçivəsində bizə qarşı qəbul olunan qətnamələr region xalqlarının maraqlarına və sülh gündəliyinə xidmət etmir".

S.Qafarova vurğulayıb ki, Cənubi Qafqazın indiki mürəkkəb dövrdə sülhə və sabitliyə həmişə olduğundan daha böyük ehtiyacı var: "Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, müstəqil siyasət yürütməsindən narahat olmağa əsas yoxdur. Əksinə, müstəqil siyasət yürütmək imkanı mübahisələrin, anlaşılmazlıqların üçüncü tərəflərin müdaxiləsi olmadan sadə həll yollarını tapmaq üçün etibarlı zəmin yaradır".

Geri qayıt