Birxeber.az / Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb

Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb

21-01-2024, 14:40

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində rayon sakinləri qanunsuz olaraq saxladıqları 2 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Geri qayıt