Birxeber.az / “Mossad” girovların azad edilməsinə dair plan təqdim edib

“Mossad” girovların azad edilməsinə dair plan təqdim edib

1-02-2024, 10:40

İsrailin kəşfiyyat və xüsusi tapşırıqlar idarəsinin (“Mossad”) rəhbəri David Barnea hökumətə HƏMAS hərəkatına 35 israilli girovun azad edilməsi müqabilində 35 günlük atəşkəs təklifini ehtiva edən plan təqdim edib.

“Report” xəbər verir ki, bu barədə İsrailin "12-ci kanal"ı məlumat yayıb.

Bildirilib ki, mümkün sövdələşmə mərhələli xarakter daşıyır: birinci mərhələdə qadınların, yaşlı insanların, həmçinin xəstələrin və yaralıların azad edilməsi nəzərdə tutulur. Atəşkəs girovların azad edilməsinin ikinci mərhələsi üzrə danışıqlar üçün daha bir həftə uzadıla bilər.

Hazırda İsrailin HƏMAS-a təhvil verəcəyi fələstinli məhbusların sayı müəyyənləşdirilir. Telekanalın məlumatına görə, İsrail hakimiyyəti kiçik cinayətlər törətmiş məhbusların təhvil verilməsinə, HƏMAS isə ağır cinayətlər törədənlərin azad edilməsinə israr edir.

Telekanalın məlumatına görə, HƏMAS hazırda 136 nəfəri girov saxlayır.

Geri qayıt