Birxeber.az / Ötən il Ali Məhkəmədə 1696 iş üzrə məhkəmə aktı ləğv edilib

Ötən il Ali Məhkəmədə 1696 iş üzrə məhkəmə aktı ləğv edilib

1-02-2024, 10:40

Ötən il Ali Məhkəmədə ümumilikdə 1696 iş üzrə məhkəmə aktı ləğv edilib.

“Report” xəbər verir ki, bu barədə Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun rəhbərliyi ilə keçirilən Ali Məhkəmənin Plenumunun iclasında məlumat verilib.

Belə ki, 2023-cü ildə mülki kollegiyanın kassasiya icraatında olan 889, cinayət kollegiyanın icraatında olmuş 209, inzibati kollegiyanın icraatında olan 479 və kommersiya kollegiyasının icraatında olan 119 iş üzrə məhkəmə aktı ləğv edilib.

Geri qayıt