Birxeber.az / Pulsuz səyahət imkanı: AZAL 100 ödənişsiz aviabilet təqdim edir

Pulsuz səyahət imkanı: AZAL 100 ödənişsiz aviabilet təqdim edir

1-02-2024, 10:40

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 40-dan çox istiqamət üzrə pulsuz gediş-dönüş aviabiletləri təklif edən “Səyahət etmək vaxtıdır” adlı unikal müsabiqəyə start verir.

"Birxeber.Az" AZAL-a istinadən xəbər verir ki, müsabiqə 1-21 fevral tarixlərində davam edəcək.

Müsabiqə çərçivəsində hər birinə 23 kq-a qədər baqaj limiti daxil olan 100 ödənişsiz aviabilet oynanılacaq. Müsabiqədə 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər. İştirak üçün linkə keçid edərək aviaşirkətin rəsmi saytındakı anketi doldurmaq kifayətdir: https://bit.ly/azalcontestpr

Aviaşirkətin “Facebook” sosial şəbəkəsində canlı yayımda təsadüfi yolla 50 qalib seçiləcək. Nəticələr hər həftə – fevralın 8, 15 və 22-də elan olunacaq.

50 qalibin hər biri özü və səyahət etmək istədiyi şəxs üçün iki gediş-dönüş aviabileti əldə edəcək. Biletlərin eyni uçuşa alınması vacib şərtdir.

Müsabiqədə yalnız bir dəfə iştirak etmək mümkündür. Çarter və kod-şerinq reysləri müsabiqədə nəzərə alınmır.

Geri qayıt