Birxeber.az / Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin tamhüquqlu üzvü olub

Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin tamhüquqlu üzvü olub

1-02-2024, 10:40

Ermənistan rəsmi olaraq 2024-cü il fevralın 1-dən Beynəlxalq Cinayət Məhkəməsinin tamhüquqlu üzvü olub.

“Birxeber.Az” xəbər verir ki, məlumatı “Novosti Armenia” yayıb.

Bildirilib ki, Ermənistan bu məhkəmənin 124-cü üzvü olub.

Məlumata görə, Roma statutuna üzvlüklə bağlı sənədlər 2023-cü il oktyabrın 3-də Ermənistan parlamentində ratifikasiya olunub, 2023-ci il noyabrında Haaqaya göndərilib.

Geri qayıt