Birxeber.az / Bu gün Gürcüstanın baş nazir namizədi təsdiqlənəcək

Bu gün Gürcüstanın baş nazir namizədi təsdiqlənəcək

1-02-2024, 09:50

Bu gün Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının siyasi şurasının iclası və qurultayı keçiriləcək. Birxeber.Az-nın Tbilisi müxbiri xəbər verir ki, siyasi şurada ölkənin yeni baş nazir namizədi təsdiqlənəcək, partiyanın qurultayında isə yeni sədr seçiləcək.
Hakim partiyanın baş nazir postuna partiyanın hazırkı sədri İrakli Kobaxidzenin namizədliyini, sədr vəzifəsinə isə istefa vermiş Baş nazir İrakli Qaribaşvilinin namizədliyini irəli sürməsi gözlənilir.
Parlamentin növbəti sessiya həftəsində isə yeni baş nazirin və hökumətin tərkibinin təsdiqlənməsi planlaşdırılır.
Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yanvarın 29-da istefa verib.

Geri qayıt