Birxeber.az / Argentina hökuməti islahatlar paketindəki maddələrin sayını xeyli azaldıb

Argentina hökuməti islahatlar paketindəki maddələrin sayını xeyli azaldıb

1-02-2024, 09:40

Argentina hökuməti parlamentə göndərilən islahatlar paketindəki maddələrin sayını xeyli azaldıb.

“Report” xəbər verir ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, hazırda Deputatlar Palatasında baxılan mətndə keçən ilin sonunda qanunverici orqana təqdim edilmiş ilkin variantla müqayisədə maddələrin yarısından az hissəsi var.

Əsas mövzunun qanun layihəsinə baxıldığı iclas başlayandan sonra deputatlar maddələrinin sayının azaldılmasından xəbər tutublar. Hökumət islahat paketindən nəqliyyatın hərəkətinə mane olan etirazçılara qarşı sərt cəzaları da aradan qaldırılıb.

Argentina hökuməti hərtərəfli islahat qanun layihəsinin ilk variantını ötən il dekabrın 28-də təqdim edib. Layihədə 600-dən çox maddə, o cümlədən vergi amnistiyası, məcburi praymerizlərin ləğvi, etirazlar zamanı nəqliyyatın qarşısının alınmasına görə cəzaların sərtləşdirilməsi, dövlət şirkətlərinin özəlləşdirilməsi və ixrac rüsumlarının artırılması daxildir.

Geri qayıt