Birxeber.az / AZPROMO Yaponiyada "İnvestment Roadshow" tədbiri keçirəcək

AZPROMO Yaponiyada "İnvestment Roadshow" tədbiri keçirəcək

1-02-2024, 09:40

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) martın 5-6-da Yaponiyanın paytaxtı Tokioda "İnvestment Roadshow" tədbiri keçirəcək.

"Birxeber.Az" xəbər verir ki, məqsəd Azərbaycandan qeyri-neft məhsullarının ixracını stimullaşdırmaqdır.

Tədbir Tokionun Çiyoda xüsusi rayonunda 5 ulduzlu otellərdən birinin 150 nəfərlik tutumu olan konfrans zalında təşkil ediləcək. Tədbir çərçivəsində “B2B” görüşlər baş tutacaq.

"İnvestment Roadshow"da ölkənin əsas makroiqtisadi göstəriciləri, qeyri-neft ixracı və investisiya potensialı ilə bağlı məlumatlar ingilis və yapon dillərində təqdim ediləcək.

Geri qayıt