Birxeber.az / Baydenin yeni iqlim dəyişikliyi üzrə xüsusi elçisinin adı məlum olub

Baydenin yeni iqlim dəyişikliyi üzrə xüsusi elçisinin adı məlum olub

1-02-2024, 08:40

ABŞ prezidenti Cozef Bayden özünün innovasiyalar və təmiz enerji layihələrinin həyata keçirilməsi üzrə müşaviri olan Con Podestanı iqlim dəyişikliyi üzrə xüsusi elçisi təyin etməyə hazırlaşır.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Qeyd olunub ki, Podesta yazda Con Kerrini əvəz edəcək: “Biz onun (Con Kerri - Qeyd) səyləri sayəsində əldə edilmiş sürəti qoruyacağıq”, - Podesta deyib.

Xatırladaq ki, ABŞ prezidentinin iqlim dəyişikliyi üzrə xüsusi elçisi Con Kerri bu qış vəzifəsini tərk edəcək və Cozef Baydenə seçki kampaniyasında kömək edəcək.

Geri qayıt