Birxeber.az / Jurnalistlər binasının qarşısında yük maşını piyadanı vurub

Jurnalistlər binasının qarşısında yük maşını piyadanı vurub

1-02-2024, 07:50

Bakının Səbail rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Birxeber.Az xəbər verir ki, qəza Bayıl qəsəbəsində, "Jurnalistlər binası"nın qarşısından keçən yolda qeydə alınıb.

Yük maşını yolu keçən piyadanı vurub.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Geri qayıt