Birxeber.az / "Qəbələ"nin legioneri bərpa prosesi keçir

"Qəbələ"nin legioneri bərpa prosesi keçir

21-01-2024, 13:40

“Qəbələ”nin futbolçusu Ahmed Ayzaya bərpa prosesi keçir.

"Qırmızı-qaralar"ın mətbuat xidmətindən "Birxeber.Az"a verilən məlumata görə, 28 yaşlı yarımmüdafiəçi “Araz-Naxçıvan”la yoxlama oyununda ciddi zədə alıb.

Müayinələrdən sonra onun sağ dizinin iç bağlarından xəsarət aldığı müəyyənləşib. Ayzaya 3-4 həftədən sonra komandaya qoşulacaq.

Nigeriyalı oyunçu meydana qayıtmağa çalışdığını bildirib: “Zədəmlə əlaqədar reabilitasiya prosesi keçirəm. Gündəlik həkim müayinələrində olub müalicəmi davam etdirirəm. Tezliklə meydana qayıtmaq üçün əlimdən gələn və məndən asılı olan hər şeyi etməyə çalışıram”.

Geri qayıt