Birxeber.az / ABŞ-ın sərhəd təhlükəsizliyi müqaviləsi Senatda iflasa uğramaq ərəfəsindədir

ABŞ-ın sərhəd təhlükəsizliyi müqaviləsi Senatda iflasa uğramaq ərəfəsindədir

1-02-2024, 07:40

ABŞ-Meksika sərhədində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə dair razılaşma ABŞ Senatında iflasa uğramaq ərəfəsindədir.

“Report” xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Belə ki, dörd aylıq məsləhətləşmələrdən sonra senatorlar ölkənin cənub sərhədinin təhlükəsizliyini təmin etmək üçün ikitərəfli razılaşmadan imtina edə bilərlər. Müvafiq qanun layihəsinin mətni hələlik dərc edilməyib.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki kampaniyası və tənqidi sövdələşməni iflasa sürükləyib. Bundan əlavə, Nümayəndələr Palatasının spikeri Mayk Conson sərhəd razılaşmalarını qeyri-müəyyən addım kimi səciyyələndirib.

ABŞ hökuməti təxminən dörd ay əvvəl Konqresə 2024-cü maliyyə ilində İsrail və Ukraynaya yardım göstərmək, habelə Asiya-Sakit okean regionunda Çin və Rusiyaya qarşı mübarizə üçün əlavə büdcə ayırmaları üçün sorğu göndərib.

Ümumilikdə, prezident Co Baydenin başçılıq etdiyi ABŞ hökumətinin icraedici qolu bu məqsədlər üçün təxminən 106 milyard dollar almaq istəyir. Müraciətin və alternativ qanun layihələrinin sonrakı taleyi qeyri-müəyyən olaraq qalır.

Nümayəndələr Palatasında və Konqres Senatında bir sıra respublikaçılar son aylarda Kiyevə maliyyə yardımının davam etdirilməsinin əleyhinə çıxış ediblər.

Mayk Conson ardıcıl olaraq Ukraynaya əlavə yardımı ABŞ-ın cənub sərhədində nəzarətin gücləndirilməsi ilə əlaqələndirmək niyyəti barədə xəbərdarlıq edib. ABŞ-da hakim Demokrat və müxalif Respublikaçılar partiyaları arasında bu məsələlərlə bağlı debatlar davam edir.

Geri qayıt