Birxeber.az / Macarıstanın baş naziri: “Avropa İttifaqında demokratiya çatışmazlığı mövcuddur”

Macarıstanın baş naziri: “Avropa İttifaqında demokratiya çatışmazlığı mövcuddur”

1-02-2024, 04:40

“Avropa İttifaqında demokratiya çatışmazlığı mövcuddur”.

“Report” xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban Brüsseldə fermerlərin mitinqində deyib.

Onun sözlərinə görə, problemin həlli Avropa Parlamentinə seçkilər zamanı Brüssel rəhbərliyinin dəyişməsi nəticəsində mümkün olacaq:

“Bu, Avropanın səhvidir - liderlər xalqın səsini ciddi qəbul etmirlər. Bu bir nömrəli problemdir. İstər miqrasiyadan, istər müharibədən, istər Ukraynadan, istərsə də hər şeydən danışsaq, liderlər xalqın səsini ciddi qəbul etmirlər. Bu, demokratik bir çatışmazlıqdır”.

Macarıstanın baş naziri bildirib ki, Avropa Parlamentinə keçiriləcək növbəti seçkilərdə Aİ-də hakimiyyət dəyişikliyinə nail olmaq lazımdır.

Geri qayıt