Birxeber.az / “Liverpul” “Çelsi”ni darmadağın edib

“Liverpul” “Çelsi”ni darmadağın edib

1-02-2024, 03:40

İgiltərə Premyer Liqasının 22-ci turunun mərkəzi oyununda “Liverpul” öz meydanında “Çelsi”ni darmadağın edib.

“Birxeber.Az” xəbər verir ki, “Enfild” stadionunda baş tutan görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

“Liverpul”dan Dioqo Jota, Konor Bredli, Dominik Soboslai və Luis Dias fərqlənib, qonaqların yeganə qolunu isə Kristofer Nkunku vurub.

“Liverpul” bu mövsüm 22 oyundan 15-ci qələbəsini qazanıb və 51 xalla Premyer Liqa cədvəlinə başçılıq edir. Yurqen Kloppun yetirmələri sentyabrın 30-dan bəri İngiltərə Premyer Liqasında uduzmur və “Çelsi” üzərində qələbə “Liverpul”un məğlubiyyətsizlik seriyasını 15 oyuna çatdırıb.

Geri qayıt