Birxeber.az / İtaliyalı nazir Ursula fon der Lyayeni kəskin tənqid edib

İtaliyalı nazir Ursula fon der Lyayeni kəskin tənqid edib

1-02-2024, 02:40

Avropada fermerlərin kütləvi etirazlarının səbəbi Ursula fon der Lyayenin rəhbərlik etdiyi Avropa Komissiyasının fəlakətli siyasətidir.

“Birxeber.Az” xəbər verir ki, bu barədə İtaliyanın baş nazirinin müavini, infrastruktur naziri, hakim Liqa partiyalarından birinin lideri Matteo Salvini ANSA-ya bildirib.

“Traktorlar bütün Avropada meydanlara çıxıb, onlar üçün problem hazırkı Avropa Komissiyasıdır. Ursula fon der Lyayenin komissiyası əmək siyasəti və hüquqlar baxımından fəlakətli siyasət həyata keçirir. Avropanı çox uzun müddət sosialistlərlə idarə edənlərlə problemimiz var”, - deyə o qeyd edib.

Geri qayıt