Birxeber.az / Bakıda 6 yaşlı uşaq yol qəzasında xəsarət alıb

Bakıda 6 yaşlı uşaq yol qəzasında xəsarət alıb

1-02-2024, 01:40

Bakının Qaradağ rayonunda 6 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində xəsarət alan şəxs 2018-ci il təvəllüdlü A.Çernişovdur.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt