Birxeber.az / ABŞ SEPAH və “Hizbullah”ın maliyyələşdirilməsinə görə sanksiyaları genişləndirib

ABŞ SEPAH və “Hizbullah”ın maliyyələşdirilməsinə görə sanksiyaları genişləndirib

1-02-2024, 00:40

ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və radikal “Hizbullah” hərəkatını maliyyələşdirdiyinə görə üç şirkət və bir fiziki şəxsə sanksiya tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin məlumatlarına əsasən, sanksiyalar Türkiyədə, Livanda yerləşən şirkətlərə və Türkiyədə yaşayan bir şəxsə qarşı tətbiq edilib.

Dövlət Departamenti hesab edir ki, barəsində sanksiyalar tətbiq olunan şirkətlər və şəxslər İran mallarını satmaqla və Suriya hakimiyyətindən vəsait almaqla SEPAH və “Hizbullah”ı maliyyələşdiriblər.

Bundan əlavə, ABŞ Sudan Silahlı Qüvvələri və Çevik Cavab Qüvvələrinə (xüsusi təyinatlılarına) maddi dəstək verdiyinə və onları maliyyələşdirdiyinə görə Sudanın 3 şirkətinə qarşı da sanksiyalar tətbiq edib.

Myanmanın hərbi hakimiyyət orqanları ilə əlaqəli dörd şəxs və iki şirkətə qarşı da məhdudiyyətlər tətbiq edilib.

Geri qayıt