Birxeber.az / NATO Baş katibi: Çinin yaratdığı çağırışları ABŞ təkbaşına idarə edə bilməz

NATO Baş katibi: Çinin yaratdığı çağırışları ABŞ təkbaşına idarə edə bilməz

31-01-2024, 23:50

"Aydındır ki, biz Çin xammalı və məhsullarından zərərli asılılığı aradan qaldırmalıyıq".

APA xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Vaşinqtonda "Heritage Foundation" beyin mərkəzində çıxışı zamanı deyib:

"Avropa Rusiya neft və qazına arxalanaraq səhv etdi. Eyni səhvi Çinlə təkrarlaya bilmərik. Bu asılılıqlar bizi müdafiəsiz hala gətirir".

Stoltenberq bildirib ki, NATO ölkələri kritik infrastrukturlarını, strateji materialları və təchizat zəncirlərini qorumalıdır.

"Biz limanlarımıza, dəmir yollarımıza və telekommunikasiyalarımıza nəzarəti itirməməliyik. Bizə qarşı istifadə oluna biləcək texnologiyaları ixrac etməməliyik.

Çinin yartdığı çağırışları idarə etmək ABŞ-ın təkbaşına edə biləcəyi bir iş deyil", – Baş katib vurğulayıb.

Geri qayıt