Birxeber.az / ABŞ və Britaniya husilərin hədəflərinə zərbələr endirib

ABŞ və Britaniya husilərin hədəflərinə zərbələr endirib

31-01-2024, 22:40

Amerika Birləşmiş Ştatları və Böyük Britaniyanın Silahlı Qüvvələri Yəməndə “Ənsar Allah” hərəkatının (husilər) hədəflərinə zərbələr endiriblər.

“Birxeber.Az” xəbər verir ki, bu barədə husilərə məxsus “Əl-Masirah” telekanalı məlumat yayıb.

Belə ki, eyni adlı əyalətin inzibati mərkəzi olan Səada şəhərinin şimal ətrafı hücuma məruz qalıb.

Mümkün itkilər, xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.

Geri qayıt