Birxeber.az / ABŞ Ukrayna ilə korrupsiyaya qarşı mübarizəni müzakirə edib

ABŞ Ukrayna ilə korrupsiyaya qarşı mübarizəni müzakirə edib

31-01-2024, 22:40

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Ukraynanın baş naziri Denis Şmıqalla görüşündə Kiyevin antikorrupsiya tədbirlərinin həyata keçirilməsini müzakirə edib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Ukraynanın baş naziri öz teleqram kanalında yazıb.

Şmıqal vurğulayıb ki, o, Nulandla islahatların həyata keçirilməsini, məsələn, korrupsiyaya qarşı mübarizə və korporativ islahatları müzakirə edib.

Baş nazir əlavə edib ki, Ukrayna tərəfi maliyyə dəstəyi göstərmək üçün Vaşinqton və digər tərəfdaşlarla sıx əməkdaşlıq edir.

Geri qayıt