Birxeber.az / Azərbaycan Basketbol Liqası: "Xırdalan" önəmli qələbə qazanıb

Azərbaycan Basketbol Liqası: "Xırdalan" önəmli qələbə qazanıb

31-01-2024, 22:40

Azərbaycan Basketbol Liqasında 13-cü tura start verilib.

"Birxeber.Az" xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutan turun açılış oyununda "Xırdalan" və "Gəncə" klubları üz-üzə gəliblər.

Pley-off zonasında qərarlaşan "Xırdalan" rəqibi üzərində 93:87 hesablı önəmli qələbə qazanaraq mövqeyini bir qədər də möhkəmləndirib.

Ən məhsuldar basketbolçular "Xırdalan"dan Teyvion Körk (33 xal, 5 asist), "Gəncə"dən Tevon Horton (24 xal, 4 ribaund) olublar.

Geri qayıt