Birxeber.az / Paris yaxınlığındakı bazarı ələ keçirməyə cəhd edən fermerlər saxlanılıb

Paris yaxınlığındakı bazarı ələ keçirməyə cəhd edən fermerlər saxlanılıb

31-01-2024, 22:40

Fransada etiraz edən fermerlər Paris yaxınlığındakı Ranjis ərzaq bazarını ələ keçirməyə cəhd ediblər.

“Report” xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Nəşr qeyd edib ki, bir qrup fermer İl-de-Fransın bütün metropoliten regionunu ərzaqla təmin edən bazarın pavilyonlarından birinə soxulmağa cəhd edib.

Hadisə yerində növbətçi polislər fermerləri binadan çıxarıb, 79 nəfər saxlanılıb. Onlar furqonlarla polis bölmələrinə aparılıb.

Geri qayıt