Birxeber.az / Səfirlik Fransada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib

Səfirlik Fransada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib

31-01-2024, 21:40

Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə daimi və ya müvəqqəti yaşayan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Səfirliyin "X" hesabında məlumat yayılıb.

Diplomatik nümayəndəlik Azərbaycan Respublikası vətəndaşlarını 7 fevral prezident seçkilərində iştiraka dəvət edib.

Səsvermə Mədəniyyət Mərkəzi nəzdində yaradılmış seçki məntəqəsində baş tutacaq.

Fransa Respublikasında daimi və ya müvəqqəti yaşayan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının NƏZƏRİNƏ! pic.twitter.com/prBOdrpph5

— Azerbaïdjan en France (@AzAmbassadeFr) January 31, 2024
Geri qayıt