Birxeber.az / Muxtar Babayev Parlamentlərarası İttifaqın Baş katibi ilə COP29 ətrafında müzakirələr aparıb

Muxtar Babayev Parlamentlərarası İttifaqın Baş katibi ilə COP29 ətrafında müzakirələr aparıb

31-01-2024, 20:40

Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqla ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Görüşdə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), eyni zamanda qlobal iqlim dəyişikliyinin mənfi təsirləri və bu istiqamətdə kollektiv əməkdaşlığın qurulmasının vacibliyi ətrafında fikir mübadiləsi aparılıb.

Geri qayıt