Birxeber.az / Vladimir Putin:  “İl-76” təyyarəsi ABŞ-nin “Patriot” sistemi tərəfindən vurulub”

Vladimir Putin:  “İl-76” təyyarəsi ABŞ-nin “Patriot” sistemi tərəfindən vurulub”

31-01-2024, 19:40

Belqorod vilayətində “İl-76” təyyarəsinin ABŞ-nin “Patriot” sistemi tərəfindən vurulduğu müəyyən edilib.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Rusiya “İl-76” təyyarəsinin qəzaya uğraması ilə bağlı beynəlxalq təhqiqatın aparılmasında israrlıdır”, - o qeyd edib.

Xatırladaq ki, yanvarın 24-də Belqorod yaxınlığında “İL-76” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 75 nəfərin hamısı ölüb.

Geri qayıt