Birxeber.az / Asiya Kuboku: Yaponiya 1/4 finala yüksəlib

Asiya Kuboku: Yaponiya 1/4 finala yüksəlib

31-01-2024, 18:40

Futbol üzrə Yaponiya millisi Asiya Kubokunda 1/4 finala yüksəlib.

"Report" xəbər verir ki, komanda 1/8 finalda Bəhreynə qalib gəlib - 3:1.

31-ci dəqiqədə yaponiyalı Risti Doan hesabı açıb. 49-cu dəqiqədə Takefusa Kubo fərqi iki topa çatdırıb. 15 dəqiqə sonra qapıçı Cion Suzuki avtoqol müəllifi olub. 72-ci dəqiqədə Ayase Ueda görüşdə son nöqtəni qoyub.

Yığma növbəti raundda İran - Suriya cütünün qalibi ilə görüşəcək. Həmin matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Asiya Kuboku fevralın 10-da başa çatacaq.

Geri qayıt