Birxeber.az / UNEC dünya səviyyəli universitetə çevrilmək yolunda növbəti uğurunu qazanıb

UNEC dünya səviyyəli universitetə çevrilmək yolunda növbəti uğurunu qazanıb

31-01-2024, 17:50

UNEC dünya səviyyəli universitetə çevrilmək yolunda növbəti uğurunu qazanıb.

APA xəbər verir ki, yanvarın 31-də açıqlanmış Webometrics reytinqində UNEC Azərbaycan üzrə 1-ci olub.

“Webometrics”də dünyanın 32000 universiteti arasında 2998-ci yerə yüksələn UNEC, əvvəlki reytinqlə müqayisədə 196 pillə irəliləyərək, dünyanın ən yaxşı 9% universitetləri sırasında yer alıb.

Qeyd edək ki, UNEC bundan öncə, QS Global, QS Europe və QS Sustainability reytinqlərində də ölkə üzrə birinci olub.

Geri qayıt