Birxeber.az / MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

MSK-da veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib

31-01-2024, 17:50

Fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasında (MSK) “Veb-kameralara texniki nəzarət mərkəzi” ilə tanışlıq olub.

APA-nın xəbərinə görə, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev baxış keçirib.

MSK sədri Məzahir Pənahov nazirə məlumat verərək bildirib ki, səsvermə prosesini izləmək üçün seçki məntəqələrində 1000 veb-kamera quraşdırılıb.

Qeyd olunub ki, veb-kameraların quraşdırılması şəffaflığın təmin edilməsi üçündür.

Geri qayıt