Birxeber.az / Naxçıvanda əmək hüquqları ilə bağlı 232 dövlət müəssisəsi barədə inzibati tədbir görülüb

Naxçıvanda əmək hüquqları ilə bağlı 232 dövlət müəssisəsi barədə inzibati tədbir görülüb

31-01-2024, 17:50

"Ötən il 232 dövlət və 147 qeyri-dövlət müəssisəsinə bildiriş göndərilib".

Birxeber.Az-nın Naxçıvan bürosu xəbər verir ki, bunu 2023-cü ilin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələrə dair mətbuat konfransında Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazir Ceyhun Cəlilov deyib. O, bildirib ki, əmək hüquqlarının pozulmasına ilə bağlı 2022-ci il ərzində vətəndaşlardan 22 müraciət daxil olduğu halda, 2023-cü ildə isə bu istiqamətdə 285 vətəndaşın müraciəti araşdırılıb: "2023-cü ildə aparılmış elektron monitorinqlər nəticəsində istehsalatda bədbəxt hadisələrdən sığortalanma və minimum əmək haqqından aşağı məbləğdə formalaşmış əmək münasibətləri səbəbindən 232 dövlət və 147 qeyri-dövlət müəssisəsinə bildiriş göndərilib, müvafiq inzibati tədbirlər görülüb".

Geri qayıt