Birxeber.az / MSK sədri: Veb-kameralar ölkə üzrə məntəqələrin 17 faizini əhatə edir

MSK sədri: Veb-kameralar ölkə üzrə məntəqələrin 17 faizini əhatə edir

31-01-2024, 17:50

Hazırda veb-kameralar ölkə üzrə məntəqələrin 17 faizini əhatə edir.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, əvvəllər 5000 məntəqədən 1000-də, yəni 20 faizində veb-kamera olub:

“Yenə 1000 məntəqədə veb-kamera var. Sadəcə məntəqələrin sayı artdığı üçün məntəqələrin 17 faizi əhatə edir. Məntəqələrdə veb-kameralar Azərbaycan təcrübəsidir”.

Geri qayıt